Oğul anasını bıçaqladı - Göygöldə

Oğul anasını bıçaqladı - Göygöldə

21:48     24 Fevral 2018 bicaq66.jpg

Göygöldə bıçaqlanma olub. Femida.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə M. Yusibova oğlu tərəfindən bıçaqlanıb. Belə ki, M. Yusibova oğlunun spirtli içki içməsinə etiraz edərkən, sonuncu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #oğul   #ana   #bıçaq   #kriminal   #cinayət   #Göygöl  

Oxunub: 1099