Türkiyədə dəhşətli qəza - 23 hərbçi yaralandı


13:33     25 Fevral 2018 18_02_25_1519535973.jpg

Türkiyənin Antalya əyalətində yol qəzası nəticəsində azı 23 hərbçi xəsarət alıb.

Femida.az-ın IHA-ya istinadən verdiyi xəbərə görə, hərbçiləri daşıyan avtobus ötən gün 23.30-da Kestel qəsəbəsi yaxınlığında qəzaya düşüb. Məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus aşıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.

Açar sözlər: #Türkiyə  

Oxunub: 679