Güləşçimiz erməni dünya çempionuna qalib gəldi - Foto


13:28     25 Fevral 2018 18_02_25_1519536608.jpg

Kiyevdə keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirin yarımfinalında 87 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı güləşçi İslam Abbasov Ermənistandan olan dünya çempionu Maksim Manukyana 9:6 hesabı ilə qalib gəlib.


Femida.az xəbər verir ki, bu şənbə günü baş tutmuş artıq ikinci azərbaycanlı-erməni qarşıdurmasıdır. Daha öncə cüdoçumuz Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində Ferdinand Karapetyana qalib gəlmişdi.

Finalda İslam Abbasov ukraynalı Jan Belenyukla qarşılaşacaq.

Açar sözlər: #Güləş   #Azərbaycan   #Ermənistan  

Oxunub: 1194