BMT TŞ Suriyaya dair qətnamə qəbul etdi


15:30     25 Fevral 2018 bmt0.jpg

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəsə dair qətnamə qəbul edib.


Femida.az-ın xəbərinə görə. bu barədə RİA Novosti nəşri yazır.

Qətnamənin mətninə əsasən, tərəflər silahlı toqquşmaları dayandırmalı və Suriya ərazisində humanitar yardımın qəbul edilməsi və yaralıların çıxarılması üçün 30 günlük atəşkəs rejimini təmin etməlidirlər.

Qeyd olunur ki, atəşkəs rejimi terrorçularla mübarizəyə istiqamətlənmiş əməliyyatlara aid deyil.

Açar sözlər: #Suriya   #BMT  

Oxunub: 367