“Ukraynaya qayıtmağa hazıram” - Saakaşvili


16:16     25 Fevral 2018 saakasvili8.jpg

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bildirib.


Femida.az xəbər verir ki, bu barədə Saakaşvili “Facebook” hesabında yazıb.

“Mən Ukraynaya qayıtmağa və istintaq tədbirlərində iştirak etməyə hazıram”,- deyə M. Saakaşvili vurğulayıb.

Qeyd edək ki, ötən həftənin əvvəlində Mixail Saakaşvili Ukraynadan Polşaya deportasiya edilib. Daha sonra siyasətçi Niderlanda gedib. O, burada Avropa Birliyində yaşama və işləmə icazəsi verən sənədi alıb.

Saakaşvili Kiyevin atdığı addımı qanunsuz hesab etdiyini və geri qayıtmağın yolunu tapacağını bildirib.

Açar sözlər:

Oxunub: 479