Afrində terrorçulara ağır zərbə - 2018 ölü var


16:55     25 Fevral 2018 2018/01/afrin_1517066167.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.


Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatında indiyədək 2018 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar zamanı daha 4 kənd terrorçulardan azad edilib. Ümumilikdə Afrində 80 kənd, 20 strateji mövqe PKK, PYD, YPG, İŞİD silahlılarından təmizlənib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Açar sözlər:

Oxunub: 679