Bakının ən məşhur heyvan sığınacağı bağlanır


21:17     25 Fevral 2018 18_02_25_1519562331.jpg

Azərbaycan Heyvan Xilasetmə Mərkəzi bağlanır.

Femida.az-ın xəbərinə görə, bu barədə təşkilatın rəsmi Facebook səhifəsində məlumat verilir.

Məlumatda bildirilir ki, AARC heyvanları xilasetmə mərkəzi və baytar klinika 28 Fevral 2018-ci il tarixindən etibarən fəaliyyətini dayandırır.

“Biz sponsor hesabına fəaliyyət göstərirdik və artıq təəssüflər olsun ki, sponsorumuzun maddi problemləri ilə bağlı bu fəaliyyətə son qoyulur”, - məlumatda deyilir.

Hazırda mərkəzdə 200-ə yaxın heyvan var. Mərkəzin əməkdaşları onlara yeni sahiblər axtarırlar.

Femida.az

Açar sözlər: #heyvan   #sığınacaq  

Oxunub: 888