İlham Əliyev “Xocalı” abidəsini ziyarət edib


13:47     26 Fevral 2018 2018/02/sefer-ilham-eliyev_1519624023_1519624121.jpg

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.



Femida.az-ın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib

Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Onlar abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.

Femida.az

Açar sözlər: #İlhamƏliyev   #Xocalı   #abidə  

Oxunub: 1023