Çilidə güclü zəlzələ: ölən var


14:14     17 Sentyabr 2015 silide_82_buyuklugunde_deprem_meydana_geldi_h94593.jpg

Sentyabrın 17-nə keçən gecə Çili sahillərində 8,3 bal gücündə zəlzələ baş verib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İlyapel şəhərindən 46 km şimal-qərbdə, paytaxt Santyaqodan 228 km şimalda, ocağı isə 8,3 km dərinlikdə yerləşib.

Bir qədər sonra İlyapel şəhərindən 25 km qərbdə 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Çili hökuməti sunami təhlükəsi ilə əlaqədar sahilyanı ərazilərdən əhalini təxliyyə etmək qərarına gəlib. Paytaxt Santyaqoda minlərlə insan küçələrə axışıb.

Zəlzələ nəticəsində azı 1 nəfər ölüb, 15-ə yaxın insan xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İlyapel şəhərinin meri Denis Korte bildirib.

Onun sözlərinə görə, 1 qadın dağılan restoran divarının altında qalaraq ölüb. Şəhərdəki bir sıra binalara ziyan dəyib, evlərdə çatlar əmələ gəlib.

Çili sahillərində zəlzələdən sonra sunaminin baş verdiyi bildirilir. Bəzi ərazilərdə dalğaların hündürlüyü 3 metri ötüb.

Açar sözlər:

Oxunub: 858