AFFA-ya 14 milyon ayrılır – Futbolun inkişafı


21:57     26 Fevral 2018 axar_az1392118664affa-ceza(3).jpg

UEFA Avropada futbolun inkişafı üçün rekord məbləğdə qrant ayıracaq.


Femida.az xəbər verir ki, bununla bağlı qərar UEFA-nın bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində qəbul olunub.

UEFA-nın 2020 – 2024-cü illərdə “HatTrick V” inkişaf layihəsi üçün 55 milli assosiasiyaya ümumilikdə 775,5 milyon avro ödəniləcək. Nəticədə hər bir assosiasiya, o cümlədən AFFA 4 il ərzindən 14,1 milyon avro alacaq.

Bu məbləğ 2016 – 2020-ci illəri əhatə edən və 600 milyon büdcəsi olan əvvəlki layihəni 30 faiz üstələyir.

Həmçinin, Konqresdə ispaniyalı Xuan Luis Larrea Sarobe bir il müddətinə UEFA İcraiyyə Komitəsinin üzvü, macarıstanlı Şandor Çanyi isə eyni müddətə FIFA-nın vitse-prezidenti seçilib.

Ş.Çanyinin təyinatı ilə əlaqədar UEFA-nın 2019-cu il Konqresinədək onu FIFA Şurasında Fernandu Qomeşin əvəzlməsi qərara alınıb.

Avropa Peşəkar Futbol Liqasının (EPFL) təmsilçisi Lars-Krister Olsson 2021-ci ilə qədər UEFA İcraiyyə Komitəsinin tamhüquqlu üzvü kimi təsdiqlənib.

Konqres UEFA prezidentinin, administrasiyasının və İcraiyyə Komitəsinin məruzələrini bəyənib, 2016/2017 mövsümünün maliyyə hesabatını öyrənib və 2018/2019 mövsümü üçün büdcəni təsdiq edib. Eləcə də UEFA Nizamnaməsinə təklif edilən düzəlişlər təqdir olunub.

UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Qurumun növbəti Konqresi isə 2019-ci il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq.


Femida.az

Açar sözlər: #AFFA   #Avropa  

Oxunub: 734