Rusiyada güclü yanğın: 6 ölü, 4 yaralı


13:44     27 Fevral 2018 yangin_38673636.jpg

Rusiyanın Perm vilayətinin Çusovoy şəhərində yataqxanada yanğın baş verib.


Femida.az xəbər verir ki, yanğın nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, yanğının baş vermə səbəbi araşdırılır. İnsidentlə bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 545