Bakıda turistlər üçün İLK: Nəqliyyat və muzeylər pulsuz olacaq
14:33 27 Fevral 2018
Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb.
Bu barədə Femida.az-a Milli Turizm Təbliğat Bürosundan məlumat verilib.
Bürodan bildirilib ki, "Bakı Kart" Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.
“Bakı Kart” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.
Kartları xüsusi köşklərdən, eyni zamanda onlayn qaydada almaq mümkün olacaq.
Sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.
Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.
Femida.az
Oxunub: 822
Oxşar xəbərlər
- Suqovuşan Turizm Kompleksinin tikintisinə 5 hektar ərazi ayrılıb
- Azərbaycana turist kimi gələn əcnəbilər turizm vizası alacaqlar
- "Biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”- Dövlət başçısı
- Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir
- Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsə çevriləcək
- Dövlət Vergi Xidməti turizm nümayəndələri ilə görüş keçirib
- Qarabağın turizm potensialı Dubayda nümayiş olunur
- Azərbaycanla Meksika və Özbəkistanla turizm perspektivlərini müzakirə edib
- Qarabağın turizm potensialı ilə bağlı konsepsiyalar hazırlanır
- Dövlət Turizm Agentliyinin işçiləri peyvənd olunur