Səfirlik maşınını vurub qaçdılar - Bakıda


15:03     27 Fevral 2018 18_02_27_1519715046.jpg


Nərimanov rayonu ərazisində Pakistan səfirliyinin avtomobili vurulub.

Femida.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Koroğlu Rəhimov küçəsində Paksitan səfirliyinə məxsus, Abbas Əlinin idarə etdiyi 011 D 006 markalı avtomobil naməlum maşın tərəfindən vurulub.

Səfirliyin avtomobilini vuran naməlum maşın dərhal ərazidən uzaqlaşıb. Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları gəlib, ikin müayinələr aparıblar və müşahidə kameralarının görüntüləri götürülüb. Hazırda həmin avtomobilin müəyyənləşdirilərək saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.

Femida.az

Açar sözlər: #Pakistan   #səfirlik   #qəza  

Oxunub: 764