İpoteka krediti almaq çətinləşəcək


15:16     27 Fevral 2018 18_02_27_1519715778.jpg


Yaxın gələcəkdə İpoteka və Kredit Zəmanət Fondu risklərini daha yaxşı qiymətləndirəcək.

Femida.az marja.az-a istinadən xəbər verir ki, Fond “Kredit reytinqi modeli"nin və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 250 manatdır. İddiaçılar ilkin sənədləri aprelin 4-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 16-na qədər Fondun Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tel.: (012) 441-24-23, daxili 172).

Təkliflərə aprelin 17-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. İş 3 ay ərzində icra olunmalıdır.

“Kredit reytinq modeli” Fond üçün kredit risklərinin hesablanması mexanizminin yaradılmasını nəzərdə tutur. Yəni, indiyə qədər ipoteka krediti götürmüş müştərilərin gələcəkdə yarada biləcəyi risklərlə bağlı qiymətləndirmə aparılacaq. “Erkən xəbərdarlıq sistemi” isə ipoteka krediti almaq istəyən müştərinin ödəniş qabiliyyətinin, yarada biləcəyi risklərin bəri başdan qiymətləndirilməsi üçündür”, - deyə Fonddan bildirilib.

Femida.az

Açar sözlər: #ipoteka   #Azərbaycan   #bank   #əmlak  

Oxunub: 655