Prokurorluq orqanlarında işləmək istəyənlərə FÜRSƏT


18:56     27 Fevral 2018 2018/02/vezife-belediyye-isden-cixarilma-kreslo_1519729115.jpg

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.



DİM-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 481 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan 2018-ci il fevralın 28-də saat 10:00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26 A) başlanır.

Test imtahanı 3 saat davam edir. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq: ixtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar.

Femida.az

Açar sözlər: #Prokuror   #İmtahan   #Test  

Oxunub: 1556