Samir Şərifov valyuta ehtiyatlarımızdan danışdı


15:57     17 Sentyabr 2015 samir8.jpg

Bu ilin sonuna Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 8,1 milyard manat, gələn il isə təxminən 6 milyard manat məbləğində olacaq. Femida.az-ın məlumatına görə, bu barədə AZTV-nin efirində maliyyə naziri Samir Şərifov bildirib:


“2014-cü ildə bu rəqəm 9,3 milyard təşkil edib. Gördüyünüz kimi, bu il təxminən 1 milyard manat, gələn il isə 2 milyard manat azalma olacaq. Bu da düzgün addımdır. Çünki bizim üçün əsas olan ortamüddətli dövrdə valyuta ehtiyatlarımızı qorumaq, ondan səmərəli istifadə etmək, bununla da Azərbaycan iqtisadiyyatının uzunmüddətli sabitliyini təmin etməkdir” – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, 2015-ci ildən başlayaraq icmal büdcə, o cümlədən Dövlət Neft Fondunun gəlirləri, eləcə də xarici ticarət dövriyyəsi kəskin şəkildə azalmağa başlayıb: “Biz eyni həcmdə neftin satışından 2 dəfə az gəlir əldə edirik. Bu da bizi büdcə gəlirlərinə yenidən baxmağa vadar edib”.

Açar sözlər:

Oxunub: 1447