Vergilər naziri vətəndaşlarla görüşüb


02:51     28 Fevral 2018 mikayıl%20cabb.jpg

Vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhəri 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonundan olan sakinləri qəbul edib.


Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir hissəsi nəzarətə götürülüb.

Digər müraciətlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.


Femida.az

Açar sözlər: #VergilərNazir   #MikayılCabbarov   #Şirvan  

Oxunub: 618