Sumqayıt qatarı qəza törətdi - 1 nəfər öldü


16:31     17 Sentyabr 2015 qezaaaa.jpg

Bakıda qadını qatar vurub.


Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1441