Əhalinin gəlirləri artıb


16:39     17 Sentyabr 2015 account_0402139.jpg

Cari ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 26,67 milyard manata çatıb.


Femida.az xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,6 faiz artıb. Bu dövr ərzində gəlirlərin 75,02 faizi son istehlak xərclərinə, 9,54 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,77 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 12,67 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,13 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.

Açar sözlər:

Oxunub: 1062