Şimali Koreya Suriyaya kimyəvi silah satır? - HƏRBİ VƏ MÜLKİ MƏQSƏDLƏ


15:10     28 Fevral 2018 2018/02/629314_1519802329.jpg

Şimali Koreyanın kimyəvi silah istehsal etmək üçün istifadə olunacaq materialları Suriyaya göndərməsi barədə məlumatlar yayılıb.


Femida.az xəbər verir ki, bu barədə məlumatı New York Times yayıb. Yazıda bildirilib ki, informasiya BMT-nin hələ yayımlanmayan hesabatından götürülüb.

Məlumata görə, Şimali Koreya Suriyaya kimyəvi silah istehsalı üçün asid turşusuna davamlı kirəmitlər və termometrlər göndərib.

Hətta bildirilib ki, ötən ilin yanvar ayında Şama asid turşusuna davamlı kirəmit daşıyan gəmilər saxlanılıb.

İddiaya görə, kimyəvi silahlar 2012-2017-ci illər ərzində Suriyaya göndərilib və indiyəcən 40 belə yük çatdırılıb. Ballistik raketlərin hərbi və mülki məqsədlər üçün istifadə olunacağı da vurğulanır. Nəticədə bu sövdələşmə ilə Suriya kimyəvi silahlar, Şimali Koreya isə gəlir əldə edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1146