NATO-nun təlim qrupu Bakıda - Seminar keçirilir


18:06     28 Fevral 2018 2018/02/15198094972325048372_1000x669_1519810321_1519812451.jpg

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.


Femida.az

Açar sözlər: #Bakı   #Təlim   #Seminar   #Hərbçi  

Oxunub: 598