Məleykə Abbaszadəyə sualınız var?


19:14     28 Fevral 2018 meleyke8.jpg

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Göyçay rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib.


Qəbulda Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdə vətəndaşlar əsasən təhsil haqlarının ödənilməsi, buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər, dövlət qulluğuna qəbul və digər məsələlər qaldırıblar. Görüşdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, magistratura pilləsində təhsil, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, tətbiq olunacaq yeniliklər, həmçinin dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və digər məsələlərlə əlaqədar müraciətlər edilib.

DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Fevralın 28-də Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair regional seminarlar keçirilib. Azərbaycan dili, riyaziyyat və xarici dil fənnləri üzrə keçirilən seminarlarda M. Abbaszadə buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında məlumat verib. Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva uraxılış imtahanlarının yeni qaydaları, DİM sektor müdiri Aydın Qasımov buraxılış imtahanlarının proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları, Bakı şəhəri, 115 nömrəli tam orta məktəbin müəllimi Şəhla Musayeva buraxılış imtahanlarının yeni modeli haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Femida.az

Açar sözlər: #Görüş   #Göyçay   #Ucar   #Kürdəmir   #Ağsu   #Qəbul  

Oxunub: 697