71 yaşlı təqaüdçünü soydular - Bakıda


20:20     28 Fevral 2018 issizgh4.jpg

Ötən gün 71 yaşlı kişi soyğunçuluğa məruz qalıb.


1947-ci il təvəllüdlü Aşur Adıgözəlov Kapital bankın bankomatından pensiyasını çıxaran zaman soyğunçuluğa məruz qalıb. Belə ki, təqaüdçü pulu bankomatdan götürən kimi onu izləyən şəxs pulunu əlindən alaraq ərazidən uzaqlaşıb.

Zərərçəkən qoca dərhal DİN-nin 102 Zəng Mərkəzinə müraciət edib, sonra isə ərazi üzrə 34-cü Polis Bölməsinə şikayət ərizəsi yazıb. Faktla bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.(Olke.az)

Femida.az

Açar sözlər: #təqaüdçü   #DİN   #müraciət  

Oxunub: 874