Prokurorluq orqanlarına keçirilən imtаhаnın NƏTİCƏLƏRİ


20:30     28 Fevral 2018 tqdk%20imtahan.jpg

Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb.



Dövlət İmtahan Mərkəzindən (DİM) Femida.az -a verilən məlumata görə, Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib

Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 481 namizəddən 71 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 410 namizəddən 222 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. 1 namizəd ən yüksək bal - toplanılması mümkün olan 90 bal toplayıb.

Femida.az

Açar sözlər: #BaşProkurorluq   #Polis   #Vəkil  

Oxunub: 1402