Putin: “İngiltərə, Fransa və ABŞ-a minnətdarıq”


19:41     09 May 2015 absa%20minnetdariq%20femida.jpg

Biz qələbəyə verdikləri töhfələrə görə İngiltərə, Fransa, Birləşmiş Ştatların xalqlarına minnətdarıq.


Femida.az xəbər verir ki, bunu 9 may faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvada keçirilən parada çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya faşizmə qarşı mübarizə aparmış antifaşistlərə minnətdardır:

“Qələbə bizim ölkənin tarixində həmişəlik qəhrəmanlıq zirvəsi kimi qalacaq. Ancaq biz anti-Hitler koalisiyası üzrə müttəfiqlərimizi də yada salırıq. Biz qələbəyə verdikləri töhfələrə görə İngiltərə, Fransa, Birləşmiş Ştatların xalqlarına minnətdarıq”.

Müxtəlif ölkələrdə, o cümlədən Almaniyanın özündə gizli şəkildə, partizan dəstələri formasında mübarizə aparmış antifaşist qüvvələrinə minnətdarlıq edən Putin, faşizmin dünyaya dərs olduğunu bildirib:

“Hitlerin macərapərəstliyi dünya üçün faciəvi bir dərs oldu. 70 illik fasilədən sonra tarix yenidən bizi irqi ayrı-seçkiliyə qarşı mübarizəyə səsləyir. Bu gün qazanılan zəfərin böyüklüyünü anlayırıq”.

Döyüşə dünya əhalisinin 80 faizinin qatıldığını, Avropanın bir çox şəhərinin işğal edildiyini xatırladan Kreml rəhbəri dünyanın gələcəyinin təhlükəsizliyi üçün bütün ölkələrin daxil olacağı bir təşkilatın vacibliyini dilə gətirib:

“Dünyamızın təhlükəsizliyi üçün bütün ölkələrin daxil olacağı, NATO xaric, bərabər təhlükəsizlik sistemi qurmalıyıq”.


Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 672