Cocuq Mərcanlıda 25 ildən sonra ilk seçki keçiriləcək


20:41     01 Mart 2018 big_1419494660_secki.jpg

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri 25 ildən sonra ilk dəfə öz doğma torpaqlarında səs verəcəklər.


Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin dislokasiyası daxilində Cocuq Mərcanlı kəndində 73 saylı seçki məntəqəsi yaradılıb.

Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub. Məntəqə üzrə 121 seçici qeydə alınıb.

Qeyd edək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatdığı üçün daha 100 ailənin kəndə köçürülməsi gözlənilir. Əgər həmin kənd sakinləri seçkilərə qədər köçürüləcəksə, seçicilərin sayı da artacaq.

Femida.az

Açar sözlər: #CocuqMərcanlı   #Seçki   #Cəbrayıl   #Qubadlı  

Oxunub: 759