TƏCİLİ: Erməni müxalifətçi Azərbaycana keçdi


20:44     17 Sentyabr 2015 ermmm16.jpg

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.


Femida.az APA-ya istinadən xəbər verir ki, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

Açar sözlər:

Oxunub: 1726