Hacıyevdən erməni yönümlü ekspertə adekvat CAVAB: “Hər yoldan ötəni şərh etmirik”


21:03     01 Mart 2018 18_03_01_1519909478.jpg


“Azərbaycan XİN hər yoldan ötəni şərh etmir”. Bunu virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Avropa Parlamentində Qarabağ münaqişəsinə həsr edilmiş dəyirmi masada BMT-nin müstəqil eksperti Alfred de Sayasın bəyanatına mövqe bildirərkən söyləyib.

Qeyd edək ki, öz bəyanatında A.Sayas 2016-cı ilin aprel müharibəsinin sülhün və BMT-nin Nizamnaməsinin pozulmasına gətirib çıxardığını və buna görə də, qınanmalı olduğunu deyib.

H.Hacıyev xatırladıb ki, BMT-nin bu münaqişə ilə bağlı mövqeyi TŞ-nin 4 qətnaməsində öz əksini tapıb.

“Erməni lobbisinin təsiri altında olan hər yoldan ötənin söylədiklərini şərh etmirik”, - XİN nümayəndəsi deyib.

Femida.az

Açar sözlər: #Hikmət_Hacıyev   #XİN   #erməni  

Oxunub: 723