Amerikanın Türkiyə sui-qəsdinin gizlinləri açıldı


02:50     02 Mart 2018 turkiye0.jpg

Amerika Birləşmiş Ştatlarının PYD/YPG döyüşçülərinin nəzarətindəki bölgələrdə 20 hərbi bazası var.


Femida.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Aleksandr Venediktov deyib.

Venediktov bildirib ki, ABŞ PYD vasitəsilə Suriyadakı varlığını qorumağa çalışır: "Görünür amerikalı dostlarımız Suriyada birdəfəlik qalmağa can atır. PYD-yə verdikləri dəstək buna görədir. Artıq 20 bazaları var. PYD-dən istifadə edib buraya yerləşiblər".

"Türkiyəni Afrində əməliyyat başlatmağa da ABŞ vadar elədi. Provokativ şəkildə PYD döyüşçülərinə ağır silahlarla yardım etdilər. Bilə-bilə ki, onlar Türkiyəyə qarşı vuruşurlar, bilə-bilə ki, rəsmi Ankara bu təşkilatı terrorçu olaraq görür" - Aleksandr Venediktov bildirib.

Açar sözlər: #Türkiyə   #ABŞ  

Oxunub: 722