Kafedə yeyib-içdikdən sonra körpüyə çıxdılar - Maşın vurdu


13:13     02 Mart 2018 qeza_yeni%20piyada.jpg

Tovuz rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az report.az-a istinadən bildirir ki, hadisə Tovuz şəhərində Tovuzçay üzərindəki körpüdə baş verib.

Şəmkir rayonundan Tovuza gedən 1992-ci ilə təvəllüdlü Rüstəmov Elxan İlham oğlu və Abbaszadə Hikmət Əfqan oğlunu çörək daşıyan "Ford" markalı avtomobil vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta-ağır, digərininki isə ağırdır.

Hər iki piyada sərxoş olub. Hadisə isə onlar yeyib-içdikləri kafedən çıxdıqdan sonra baş verib.

Məlumatlara görə, artıq hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Piyada   #Qəza   #Tovuz   #Körpü  

Oxunub: 698