Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb - Yenilənib


13:46     02 Mart 2018 13878640961363594763_yangin45sadas1.jpg

Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.


Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əlavə məlumat veriləcək.​

***

Bakıda Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir. Saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #FHN   #yanğın   #Xətai  

Oxunub: 1063