Almaniyadan PKK-ya 1 milyardlıq yardım - ŞOK FAKT


01:01     18 Sentyabr 2015 MERKK.jpg

Almaniya regiondakı hədəfləri naminə terrorçu təşkilatı dəstəkləyir.


Özünü terrorizmə qarşı mübarizə aparan bir dövlət kimi təqdim edən Almaniya həyata keçirdiyi əməlləri ilə bu niyyətindən tamamilə uzaq olduğunu hər dəfəsində nümayiş etdirir.

PKK terror təşkilatına heç bir yardımı əsirgəməyən Almaniya hakimiyyəti hətta bəzi hallarda vətəndaşlarının PKK sıralarında Türkiyəyə qarşı vuruşmasına da göz yumur.

Türkiyə Xüsusi Xidmət Orqanarının əldə etdiyi məlumata görə, terror təşkilatı PKK-nın tərkibində xeyli sayda alman agent fəaliyyət göstərir. O almanlardan biri də Kevin Yoahin idi. Yoahin Türkiyənin Kandildə təşkil etdiyi hava hücumlarının nəticəsində ölmüşdü. Hazırda da həmin agentlər PKK sıralarında döyüşürlər.

PKK-ya siyasi dəstək...



Son hadisələrdən sonra PKK-ya siyasi dəstək də gəldi. Canlı yayımda ağlayaraq yardım istəyən PKK üzvlərinə Almaniyadan yardım əli uzandı. Terroristin göz yaşı Almaniyada böyük əks sədaya səbəb oldu. Nəticədə, "Yaşıllar" partiyasının iki üzvü Cizrəyə gəldi. Onlar terroristlərin mühasirəyə alındığı məhəlləyə qədər gedib çıxdılar. Onlara bələdçilik edən isə Cizrənin keçmiş bələdiyyə sədri Leyla İmrət oldu. Partiya üzvləri teroristləri sonuna qədər dəstəklədiklərini bildirdilər. Onlar eyni zamanda Türkiyənin terrorçulara qarşı tutumunu da qınadılar. Bundan sonra PKK və HDP rəhbərliyindən səfərlə bağlı açıqlama gəldi. HDP başkannın köməkçisi Səlahəddin Dəmirtaş və KCK başkanı Mustafa Karasu Türkiyə terrorla mübarizəni dayandırdıqdan sonra atəşkəsin yaranacağını bildirdilər.

Bu ilk deyildi...

Almaniyanın PKK sevgisi hər zaman açıq şəkildə müşahidə olunub. Yaşıllar Partiyasının ikinci başqanı Klaudio Rodun PKK düşərgələrinə vaxtilə etdiyi səfərlər və PKK-ya verdiyi dəstək tarixin yaddaşından heç vaxt silinməz hadisələrdəndir. Beynəlxalq arenada tez-tez Türkiyəni qaralayan Rod son olaraq "Gezi" hadisələri zamanı Türkiyəyə gəlmişdi. Polislə mübahisə edən Rod provakasiyaya dəstək olduğunu söyləmişdi.

Bundestaqda PKK bayrağı açılmışdı...

Almaniyanın əsas müxalifət partiyası hesab edilən Alman Sol Partiyasının bir qrup millət vəkili keçən il Bundestaqda PKK bayrağı açmışdılar. Həmin partiya üzvləri hər dəfəsində Türkiyənin PKK-ya qarşı mübarizəsini qınayır və terrorçulara siyasi dəstəyini əsirgəmirlər.

300 dən artıq PKK dərnəyi...

Almaniya hakimiyyəti bütün sahələrdə PKK-ya dəstəyini nümayiş etdirir. Hazırda həmin ölkədə 300-dən artıq PKK dərnəyi mövcuddur. Almaniya Xüsusi Xidmət orqanları bu dərnəklərlə mütəmadi olaraq əlaqə saxlayır və terrorçulara silahları hansı formada göndərə biləcəkləri ilə bağlı istiqamət verir. PKK-ya yardım məqsədilə hər il bir milyard avro pul toplanıb bu dərnəklər vasitəsilə Türkiyəyə göndərilir.

Almaniya regionda nəyə nail olmaq istəyir?

Türkiyənin bölgədə söz sahibinə çevrilməsindən narahat olan Almaniya PKK terror təşkilatına hər vasitə ilə yardım edir. Yəni Almaniya sözdə terrorizm əleyhinə fikirlər səsləndirsə də, əməli ilə bunu sübut edə bilmir. Buna görə də öz çirkin məqsədlərinə terrorçu təşkilata yardım etməklə nail olmaq istəyir. ABŞ-dakı Ferquson hadisələri zamanı səsini çıxarmayan, Hamburqda fövqəladə vəziyyət elan edib etirazçılara divan tutmuş polisi görməzdən gələn alman vəkillər əllərinə düşən hər fürsətdə Türkiyəyə təşrif buyururlar. Cizrədəki terroristin səsini Avropada ilk eşidən də nədənsə Almaniya oldu. Görəsən, Almaniya Türkiyənin Suriyaya çevrilməsinəmi çalışır?

Hazırda bu sualın cavabı maraqla gözlənilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3488