Ermənistanın yeni prezidenti məlum oldu- KİMDİR? (DOSYE)


16:55     02 Mart 2018 18_03_02_1519981016.jpg

Ermənistan Milli Şurası Ermənistan Respublika partiyasından olan namizəd Armen Sarkisyanı ölkə prezidenti seçib. Sarkisyanın prezident seçilməsinə 90 parlamentari səs verib, onun əleyhinə isə 10 deputat çıxış edib. Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti olub.

Siyasi elmlər doktoru, Ermənistan üzrə ekspert Hatəm Cabbarlı Ermənistandakı yeni prezident seçkilərini Femida.az-a şərh edib. O bildirib ki, Ermənistan Onun namizədliyini kolalisyon hökumət üzvlərindən hakim Ermənistan Respublika Partiyası və Daşnaqsutyun Partiyası dəstəkləyir:

"Müxalif Çiçəklənən Ermənistan Partiyası da kənardan dəstək verir. Bəzi ehtimallara görə, Ermənistan parlament üsul-idarəsinə keçdikdə Çiçəklənən Ermənistan Partiyası da koalisyon hökumətdə yer ala bilər. Prezidentliyə namizədi artıq xalq yox, Ermənistan parlamenti və yerli özünü idarə orqanlarından deputatların sayı qədər (101) seçilən nümayəndələr seçir.

Armen Sarkisyan Ermənistanın İngiltərədə səfiri işləyib. Daha sonra biznes fəaliyyəti ilə məşğul olub. İngiltərə vətəndaşlığı var, amma özünün dediyinə görə, daha sonra İngiltərə vətəndaşlığından imtina edib. Son konstitusiya islahatına görə, səlahiyyətləri çox azdır və simvolik xarakter daşıyır. Hətta Milli Təhlükəsizlik Şurasının iclasında iştirak etmək hüququ yoxdur.

Yeri gəlmişkən, Armen Sarkisyan Ermənistan doğumlu ilk prezident olacaq. Digərləri diaspor nümayəndələri olub. İlk üç prezidentdən birincisi Ter-Petrosyan Hələbdə, digər ikisi isə (Robert Koçaryan, Ser Sarkisyan) Azərbaycan SSRİ-də doğulub.

Ermənistanda Qarabağ klanı prezidentlik kürsüsünü Ermənistan ermənilərinə “çılpaq” təslim edir, yəni prezidentin heç bir ciddi səlahiyyəti yoxdur. Qanunları imzalayacaq və gələn qonaqlarla şam yeməyi yeyəcək, deməli, Ermənistanda yenə də Qarabağ klanının hakimiyyəti davam edəcək".

H.Cabbarlının sözlərinə görə, Ser Sarkisyan baş nazir olacağına görə, son referendumda bütün əhəmiyyətli səlahiyyətləri baş nazirə, yəni özünə verib:

"Serj Sərkisyan baş nazir postuna ən iddialı şəxsdir.

Müxalif ELK-ÇIXIŞ bloku etiraz edir və xalqı etiraz mitinqinə səsləyir. Sarkisyan hazırkı koalisiya ilə baş nazir olmaq istəmir. Bu ona siyasi cəhətdən sərf etmir. Böyük ehtimalla, apreldə hökumətin qurulması üçün o, Daşnaqsutyun Partiyası və Çiçəklənən Ermənistan Partiyası ilə anlaşa bilər".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Sarkisyan   #Ermənistan   #prezident   #seçki  

Oxunub: 14476