Gədəbəydə ağır qəza: Yaralılar var


20:30     09 May 2015 gedebeyde.jpg

Gədəbəydə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Gədəbəy RPŞ-dən Femida.az-a verilən məlumata görə, hadisə mayın 9-da saat 11.00 radələrində rayonun Söyüdlü kəndi ərazisində qeydə alınıb.

Kənd sakinlərinin idarə etdikləri iki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində sürücülər və bir sərnişin xəsarət alıb.

Yaralılar 1967-ci il təvəllüdlü Söyüdlü kənd sakini İsmayılov Dəmir Abutalıb oğlu, 1955-ci il təvəllüdlü Əmiraslanlı kənd sakini Hüseynov Cəbrayıl Hümbət oğlu Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralı ambulator müayinədən sonra evə buraxılıb. Adı hələlik məlum olmayan digər yaralı isə Gəncə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 818