Lukaşenko Əliyevə başsağlığı verib
13:39 03 Mart 2018
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.
Femida.az xəbər verir ki, bu barədə Belarus prezidentinin saytı məlumat yayıb.
Belarusun dövlət başçısı Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirərək xəsarət alanlara şəfa diləyib.
Qeyd edək ki, 2018-ci il martın 2-də, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Oxunub: 674
Oxşar xəbərlər
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Belarus ərazisindən Ukraynaya 20-dən çox raket atılıb
- Belarusdan Ukraynaya azı 631 raket atılıb
- Baş Qərargah: "İskəndər-M" raketləri Belarusdan Ukraynaya doğru yönəlib
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Belarus Qərb ölkələrinə xəbərdarlıq edib
- ABŞ Rusiya və Belarusun daha 10 təyyarəsinə uçuş qadağası qoyub
- ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb
- Ukrayna MN: "Rusiya hərbi bölmələrini Belarus ərazisində yerləşdirir"
- Britaniya kəşfiyyatı: “Böyük itki verən Rusiya qüvvələri Belarus və Rusiyaya qayıtmağa məcbur olublar”