Tahir Əkbər dəfn edildi


20:58     03 Mart 2018 18_03_03_1520076108.jpg

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər "Qurd qapısı" qəbristanlığında dəfn edilib.

Bəstəkarın dəfnində sənət nümayəndələri, dostları və ailə üzvləri iştirak ediblər. Bəstəkarın həyat yoldaşı Aybəniz xanım onlara dəstək olanlara təşəkkürünü bildirib:

"Tahir müəllimin oğlu yoxdur, bir mənəm, bir də qızı. Amma bu ağır günlərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, bəzi millət vəkilləri yanımızda oldular. Hamısına təşəkkür edirəm. Bu, Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Başqa heç nə deyə bilmərəm".

Qeyd edək ki, T.Əkbər ötən gecə uzun sürən xəstəlikdən sonra 72 yaşında vəfat edib./olke.az

Femida.az

Açar sözlər: #Tahir_Əkbər   #bəstəkar   #dəfn  

Oxunub: 1243