Şirvan sakinindən silah-sursat aşkarlanıb


21:08     03 Mart 2018 silah.PNG

Şirvan sakinindən silah-sursat aşkarlanıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkovun yaşadığı evdən 1 ədəd “TOZ-8” markalı, 1 ədəd kustar üsulla hazırlanmış lüləsi kəsilmiş tüfənglər, 1 ədəd “Revolver” markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər: #Şirvan   #silah-sursat   #Cinayətkar  

Oxunub: 627