Xəstəni aparan “təcili yardım” qəzaya düşdü - YARALI VAR


21:32     03 Mart 2018 tecili-yardim29.jpg

Şəmkirdə təcili tibbi yardım maşını qəzaya düşüb.


Hadisə rayonun Keçili kəndinə gedən yolda qeydə alınıb. Çaparlı kənd sakini Tural Məmmədov Keçili kəndində evdə təmir işləri aparan zaman partlayış baş verib və o, yanıq xəsarətləri alıb. Bununla bağlı təcili yardım çağırılıb. T.Məmmədovu xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yolda rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Hüseyn Məcid oğlunun idarə etdiyi “Qaz 31” markalı avtomobillə toqquşub. Qəza zamanı H. Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alan T. Məmmədov Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Yaralı   #Şəmkir  

Oxunub: 903