Narkoloji Mərkəzdə ölənlər arasında həkim və pensiyaçı da var
23:20 03 Mart 2018
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında həlak olan şəxslərdən biri həkim olub.
Femida.az xəbər verir ki, bunu baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov deyib.
"Yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub"- A.Şəfirov bildirib.
Komissiya sədri qeyd edib ki, həlak olan 25 nəfərdən yalnız biri pensiyaçıdır: “Komissiyanın qarşısında duran əsas məsələlərdən biri sözsüz ki, həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmək, onların dəfn mərasimlərini hökumət tərəfindən təşkil etmək və ailələrinə lazımi yardımlar göstərməkdir. Bilirsiniz ki, yanaraq ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin məsələdir. Çünki elə xəstələr var ki, 15-20 ildir orada müalicə alır. İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar dəfn olunub. Onların ailələrinə Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən lazımi kömək göstərilib. Hesab edirəm ki, qalan şəxslərin də şəxsiyyətlərinin müəyyənləşdirilməsi bir qədər vaxt tələb edən məsələdir”.
Femida.az
Oxunub: 1154
Oxşar xəbərlər
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- Antalyada meşə yanğını başlayıb
- Bakıda restoranda yanğın olub
- Cəlilabadda yanğın başlayıb
- Banqladeşdə baş verən yanğında 15 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb
- “Aqroservis” ASC-də yanğın olub
- Bakıda obyektdə yanğın olub