Bakıda kütləvi dava - Ölən və yaralananlar var


14:28     04 Mart 2018 kutlevi%20dava.jpg

Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib.


Femida.az-ın report-a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğulu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.
Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.

Femida.az

Açar sözlər: #əlbəyaxa   #dava   #xəstəxana  

Oxunub: 2741