Tahir Əkbərin meyiti qəbirdən niyə çıxarılıb? -FOTO


23:25     04 Mart 2018 18_03_04_1520177176.jpg

Dünən dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbər dəfn olunduqdan sonra yenidən məzar yeri dəyişdirilib.


Femida.az xəbər verir ki, yeri dəyişdirən isə onun həyat yoldaşı olub.

Bu barədə məlumatı Əməkdar artist Aybəniz Haşımova bəstəkarın məzarının fotosunu paylaşarkən qarşılaşdığı suallara cavab olaraq verib.

Belə ki, izləyicilər Haşımovanın dünənki paylaşımı ilə bugünkünün fərqli olduğunu, qəbirlərin dəyişildiyini yazıblar. Müğənni isə onlara cavabında bu addımı bəstəkarın həyat yoldaşının atdığını deyib.

Qeyd edək ki, bəstəkarın yeni məzarı anası Samaya Əkbərovanın məzarı ilə yan-yanadır.

Femida.az

Açar sözlər:

Oxunub: 1912