Sutka ərzində 50 yaraqlı məhv edilib


00:55     05 Mart 2018 efqanistanda.jpg

Əfqanıstanın hökumət qüvvələri ötən sutka ərzində aparılan silsilə xüsusi əməliyyatlar zamanı azı 50 yaraqlını, eləcə də 20 İŞİD üzvünü zərərsizləşdiriblər.


Femida.az TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat bazar günü İslam Respublikasının Milli Müdafiə Nazirliyinin saytına yerləşdirilib.

Bildirilir ki, Nanqarhar, Laqman, Qəzni, Qəndəhar, Zabul, Uruzqan, Fərəh, Cauzcan, Baqlan, Tahar, Faryəb, Nimroz və Hilmənd əyalətlərində ümumilikdə 22 əməliyyat həyata keçirilib. Reydlər zamanı həmçinin gizli silah anbarları aşkar olunub.

Hərbçilər arasında itki barədə məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 431