“Lotu Quli”yə qarşı sui-qəsd xəbəri yayıldı
01:22 05 Mart 2018
Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qətlinin görüntüsüdür.
Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində “Lotu Quli” qətlə yetirilib.
Femida.az xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün Virtualaz.org-un əməkdaşları Nadir Səlifovun özü ilə əlaqə yaradıblar və o, həmin məlumatı şəxsən təkzib edib.
Məlum olub ki, kriminal avtoritetə qarşı heç bir sui-qəsd olmayıb, onun özü isə hazırda İstanbulda yaşayır.
Oxunub: 1531
Oxşar xəbərlər
- Bakıda gecə klubunda QƏTL: “Lotu Quli”nin yaxını qız üstündə adam öldürdü - TƏFƏRRÜAT
- Bakı sakini "Lotu Quli"yə görə bıçaqlanıb
- "Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - FOTO
- “Lotu Quli” İstanbulda dəfn ediləcək
- "Lotu Quli" Türkiyədə qətlə yetirilib
- Ukraynada “Lotu Quli”nin adamları həbs olunub
- Bakıda "Lotu Quli"nin yaxın adamı tutulub - FOTO
- “Lotu Quli”ni öldürmək istəyənlər saxlanılıb - YENİLƏNDİ
- “Lotu Quli” “qanuni oğru” titulundan məhrum edilə bilər
- “Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi