Tanışını öldürən şəxsə AĞIR CƏZA istənildi


15:04     05 Mart 2018 1442557655_mehkeme-zali.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında R.Məmmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 9-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyun ayının 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.

R.Məmmədov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Femida.az

Açar sözlər: #Hakim   #Məhkəmə   #Qətl   #Cinayət  

Oxunub: 685