Əməkdar artist "Azdrama"dan qovuldu


15:45     05 Mart 2018 18_03_05_1520235977.jpg


Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist İlham Hüseynov teatrdan çıxarılıb.

Femida.az-ın olke.az-a istinadən məlumatına görə, direktor Azərpaşa Nemətovla aktyor arasında yaranmış gərginlik sözügedən qərarın verilməsinə səbəb olub.

Teatrdan isə saytımıza bildirilib ki, buna səbəb İlham Hüseynovun iş davamiyyətini ardıcıl pozmağıdır:

“İlham Hüseynovun səhhətində problem yarandığına görə bülleten götürmüşdü. Bülletenin vaxtı başa çatsa da, o, teatrda ardıcıl olaraq iş davamiyyətini pozub. Bundan başqa İlham Hüseynov teatrın yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etmir. Bütün bu səbəblərə görə əməkdar artist İlham Hüseynovla bağlanmış əmək müqaviləsinə xitam verilib”.

İ.Hüseynov isə çəkilişdə olduğu üçün bu barədə danışa bilməyəcəyini söyləyib.

Femida.az

Açar sözlər: #əməkdar_artist   #teatr   #aktyor   #azdrama  

Oxunub: 3635