Usta adı ilə evə girdi, 4000 manat oğurlayıb çıxdı
16:07 05 Mart 2018
Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verib.
O bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Rasim Məmmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkar olunaraq götürülüb. O, ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 1381
Oxşar xəbərlər
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Umayra Tağıyeva: "Həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək"
- Baş Qərargah: "İskəndər-M" raketləri Belarusdan Ukraynaya doğru yönəlib
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Zelenski: "Biz artıq qələbəmizə doğru gedirik"
- Yerə doğru təhlükəli asteroid Yerə uçacaq
- Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanılıb
- Ev sahibini boğub öldürən oğru tutulub
- İlham Əliyev: "Mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!"
- Daşkəsəndə mal-qara oğruları saxlanılıb