Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər tutulub
18:47 05 Mart 2018
Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.
Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Bildirilib ki, hesabat dövründə müxtəlif cinayətlər törədən 13 min 822, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2 min 454 şəxs məhkəmə məsuliyyətinə verilib.
Hesabat dövründə ölkə üzrə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 332 fakt müəyyən edilib, həmin cinayətlərə görə 151 nəfər məsuliyyətə cəlb olunub. Əllərdə qanunsuz saxlanılan 839 odlu silah və 25 minə yaxın patron götürülüb.
Ötən il həyata keçirilən kompleks profilaktik tədbirlər nəticəsində cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2.7 faiz azalıb. Prokorururluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilərək 418 cinayətin açılması təmin edilib.
Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər (2016-cı ilə nisbətən 13 faiz çox) təqsirləndirilən şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 76 nəfərin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71.4 faiz təşkil edib.
Femida.az
Oxunub: 780
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib