Obama miqrantlara vətəndaşlıq verəcək


14:25     18 Sentyabr 2015 obama-best.jpg

ABŞ prezidenti Barak Obama miqrantları Amerika vətəndaşlığını almaqda daha fəal olmağa çağırıb.


ABŞ prezidenti sentyabrın 17-də, vətəndaşlıq gününə həsr edilmiş çıxışnda deyib:

“Əgər sizin vətəndaşlıq almağa hüququnuz varsa, bu prosesi elə bu gün başlayın. Birlikdə biz Amerikanı daha da güclü edəcəyik!”

Qeyd edək ki, hazırda ABŞ-da 13,3 milyon miqrant yaşayır. Onlardan 25 ildən artıq orada yaşayan 8,8 milyonunun ABŞ vətəndaşlığı almağa tam hüququ çatır.

Açar sözlər:

Oxunub: 700