Alimlər böyrək yetişdirəcək - Tibbdə inqilab


00:11     06 Mart 2018 18_03_05_1520265193.jpg


ABŞ-ın Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərini xatırladan strukturlar yetişdirməyə müvəffəq olublar.

Femida.az -ın məlumatına görə, həqiqi böyrəklərin bu elementləri sidik ifraz edə bildiyi üçün bu hadisəni tibb aləmində əsl kəşf adlandırmaq olar.

Böyrəyin mühüm elementi olan yumaqcıqlar insanın embrional gövdə hüceyrələrindən yaradılıb. Bu hüceyrələr laboratoriya şəraitində, böyrəklərin inkişafına kömək edən molekullarla zəngin bəsləyici mühitdə yetişdirilib. Yumaqcıqlar birləşdirici toxuma rolu oynayan geləbənzər substansiya ilə birləşdirilib.

Femida.az

Açar sözlər: #Alim   #Xəstəlik  

Oxunub: 1088