Yaqub Eyyubovu energetika naziri əvəzlədi - 12 il sonra ilk dəfə
01:07 06 Mart 2018
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının bugünə qədər sədri prezident İlham Əliyevin 26 avqust 2006-cı il tarixli sərəncamı ilə baş nazirin birinci müavini Yaqub Eyyubov olub.
Oxunub: 2935
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib